loader image

Dia.edu.az

DİA-nın əməkdaşının məqaləsi elmi jurnalda dərc olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Idarəçilik Akademiyasının (DİA) Intellektual sistemlərin idarə olunması kafedrasının müdiri, dosent Elvin Əzizbəyovun həmmüəllifi olduğu “On an inverse boundary-value problem for the equation of motion of a homogeneous elastic beam with pinned ends” (“Ucları bərkidilmiş bircins elastik tirin hərəkət tənliyi üçün tərs sərhəd məsələsi haqqında”) adlı məqalə Xorvatiya Respublikasında nəşr olunan və Web of Science Core Collection tərəfindən indekslənən (Emerging Sources Citation Index) “Differential Equations & Applications” (“Diferensial tənliklər və tətbiqləri”) adlı beynəlxalq jurnalda dərc olunub. Məqalə ucları bərkidilmiş bircins elastik tirin hərəkət tənliyi üçün tərs sərhəd məsələsinin həllolunanlığının tədqiqinə həsr olunmuşdur. İşin əsas məqsədi baxılan tərs sərhəd məsələsinin klassik həllinin varlığı və yeganəliyinin öyrənilməsindən ibarətdir. Tədqiqat prosesi zamanı əvvəlcə baxılan məsələ müəyyən verilənlər daxilində köməkçi məsələyə gətirilmiş və köməkçi məsələnin qoyulan məsələyə ekvivalentliyi isbat olunmuşdur. Sonra Furye üsulunun köməyi ilə köməkçi məsələnin həlli inteqral tənliklər sistemi şəklində yazılmış və tərpənməz nöqtə haqqında Banax prinsipindən istifadə edərək qurulmuş xüsusi funksional fəzalarda ekvivalent məsələnin həllinin varlığı və yeganəliyi haqqında teorem isbat olunmuşdur. Daha sonra isə ekvivalentlik şərtindən istifadə edərək baxılan məsələnin klassik həllinin varlığı və yeganələyi göstərilmişdir.

Məqaləni oxumaq üçün aşağıdakı linklə keçid edə bilərsiz:

https://files.ele-math.com/articles/dea-16-14.pdf