Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov 24-25 oktyabr 2024-cü il tarixində Rusiya Federasiyasının Moskva şəhərində Rusiya Federasiyasının Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akade¬miyası (Prezident Akademiyası) və Sankt-Peterburq Federal Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmiş “Rusiyada dövlət idarəçiliyi elmi” adlı beynəlxalq elmi konfransda məruzə ilə çıxış etmişdir. Onlayn formatda çıxış edən rektor elmi tədqiqatların dövlət idarəçiliyində rolunu vurğulamış və müasir dövlət idarəçiliyi texnologiyaları haqqında konfrans iştirakçılarına məlumat vermişdir.