Belarus Respublikası Prezidentinin yanında Dövlət İdarəçiliyi Akademiyası tərəfindən 30 oktyabr 2024-cü il «Antikorrupsiya qanunvericiliyi və onun Avrasiya İqtisadi İttifaqında və Müstəqil Dövlətlər Birliyində tətbiqi» mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Bu konfransda Belarus Respublikası, Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Rusiya Federasiyası, Tacikistan Respublikası və Özbəkistan Respublikası kimi ölkələrdən alimlər iştirak etmişdir.
Konfransda Azərbaycan Respublikası tərəfindən Dövlət İdarəçiliyi Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev «Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizədə prokurorluq orqanlarının rolu» və Hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Mahir Tağiyev «Azərbaycan Respublikasının antikorrupsiya qanunvericiliyinin müasir mərhələsi» mövzusunda çıxış etmişlər. Azərbaycan alimlərinin çıxışları maraqla qarşılanmış və onlar tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırmışlar.