loader image

Dia.edu.az

Polis Akademiyasında təcrübəli mütəxəssisin iştirakı ilə interaktiv dərs keçirilib

28 oktyabr 2024-cü il tarixində XIX əsrdə Azərbaycan hüququnun xarakterik cəhətləri, hüququn mənbələri, bütövlükdə hüquq sistemi, eləcə də onun ayrı-ayrı sahələrinin xüsusiyyətləri ilə bağlı kursantlara daha geniş məlumatların çatdırılması məqsədilə “Azərbaycanın hüquq tarixi” fənnindən “XIX əsrdə Azərbaycanın hüquq tarixi” mövzusu üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının dosenti, t.ü.f.d. Rahib Əkbərov Polis Akademiyasında mühazirə dərsində iştirak edib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əməkdaşı ayrı-ayrı hüquq sahələri və qanunvericilik aktlarının məzmunu barədə, eləcə də hüquq sisteminin formalaşmasına təsir göstərən hüquqi ideyalarla bağlı kursantlara geniş məlumatlar verib. Mühazirənin sonunda mövzu ətrafında müzakirələr aparılıb və kursantları maraqlandıran suallar cavablandırılıb.