Dövlət İdarəçilik Akademiyasının professorunun məqaləsi Scopus tərəfindən indekslənən nüfuzlu jurnalda çap olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət idarəçilik Akademiyasının professoru Vüsal Qasımlının həmmüəllifi olduğu “Economy-wide and environmental benefits of green energy development in oil-rich countries: Evidence from Azerbaijan” (“Neftlə zəngin ölkələrdə yaşıl enerjinin inkişafının iqtisadi və ekoloji faydaları: Azərbaycandan sübutlar”) mövzusunda məqalə Serbiyanın Belqrad Universitetində nəşr olunan və SCOPUS tərəfindən indekslənən “Economic Annals” (İqtisadi Salnamələr) adlı jurnalda çap olunub.
Məqalədə göstərilir ki, Azərbaycan öz potensialından tam istifadə edərək yaşıl enerji istehsalı və ixracı istiqamətində mühüm addımlar atır. Azərbaycanın əsas rol oynadığı “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi ilk mərhələdə Azərbaycanı Avropa ilə birləşdirməyi hədəfləyir. İkinci mərhələdə bu dəhliz Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcəkdir. Azərbaycanın bu sahədəki uğurları isə karbon emissiyalarının azaldılmasına öz töhfəsini verməklə həm də qlobal faydaya səbəb olacaqdır. Məqalədə Azərbaycanda yaşıl enerjiyə keçidin sosial-iqtisadi və ekoloji faydaları qiymətləndirilmişdir. Əldə edilən nəticələrə görə yaşıl enerjiyə keçid istiqamətində başlanan layihələr yaxın gələcəkdə özünü doğruldacaqdır.
1955-ci ildən etibarən rüblük olaraq nəşr olunan “Economic Annals” jurnalının il ərzində nəşr olanan 4 sayının hər birində 5 məqalə olmaqla ümumilikə 20 ən yaxşı məqalə çap olunur.
Professor Vüsal Qasımlının bu jurnala yazdığı məqalənin həmmüəllifləri isə i.e.d Ramil Hüseyn və i.e.f.d Rəşad Hüseynovdur.
Məqaləni oxumaq üçün aşağıdakı linklərə keçid edə bilərsiz:
https://www.ekof.bg.ac.rs/wp-content/uploads/2015/12/241-02.pdf
https://ereforms.gov.az/az/publication/30