14 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov COP29 çərçivəsində ADA
universitetində təşkil olunmuş “Environmental Bridges to Peace and Prosperity”
(Sülh və Rifah üçün Ekoloji Körpülər) adlı beynəlxalq konfransda “Innovative Public
Administration Technologies: Azerbaijan's Road to COP29” (İnnovativ Dövlət İdarəçiliyi
Texnologiyaları: Azərbaycanı COP29-a aparan yol) mövzusunda məruzə ilə çıxış
etmişdir.
Məruzədə ölkədə tətbiq olunan innovativ dövlət idarəçiliyi texnologiyalarının nəticəsi
olaraq, Azərbaycanın qlobal iqlim dəyişikliyinin qarşısının alınmasının əsas göstəricisi
olan enerji keçidi indeksinə görə dünyada 32-ci mövqedə qərarlaşması və bir sıra
inkişaf etmiş ölkələri üstələməsi, beynəlxalq təşkilatlar tərəfindən nəşr edilən
hesabatlara əsaslanaraq təqdim olunmuşdur.