15 noyabr 2025-ci il tarixində Praqa İqtisadiyyat və Biznes Universiteti, İdarəetmə
Departamentinin dəvəti və təşkilatçılığı ilə “MSCICOM Menecmentdə Tələbələr və Gənc
Tədqiqatçılar” adlı beynəlxalq elmi konfrans keçirilib. Konfransda əsas məruzəçi kimi
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Idarəçilik Akademiyası “Dövlət
idarəçiliyi və menecment” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Xatirə
Hüseynova çıxış edib. Professor X.Hüseynovanın məruzəsi maraqla qarşılanıb və
iştirakçıların suallarını cavablandırıb.