loader image

Dia.edu.az

DİA müəllimi Beynəlxalq Elmi-Praktik Konfransında iştirak etmişdir

27 noyabr 2024-cü il tarixində DİA Hüquq kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru Cəfərova Reyhan Fəhrat qızı Moskva şəhərində keçirilən “Kutafinskiye çteniya” XXVI Beynəlxalq Elmi-Praktik Konfransında iştirak etmişdir. Bu tədbirdə müxtəlif ölkələrdən dövlət rəsmiləri, tanınmış hüquqşünaslar, alimlər, müəllimlər, doktorantlar və tələbələr iştirak ediblər. Bu ilki tədbirdə DİA-nın müəllimi “Milli ideya və dövlət ideologiyası: tarixi-hüquqi konturlar” adlı III Beynəlxalq Elmi-Praktik Konfransında “Azərbaycanda konstitusionalizmin formalaşmasında Heydər Əliyev irsi” elmi məruzə ilə çıxış etmişdir. O, məruzəsində hər bir dövlətin öz milli müstəqilliyinə, suverenliyinə, xüsusən də Azərbaycan dövlətçiliyinə nail olması məsələsində liderliyin müəyyənedici amil olmasından bəhs edib. Bundan başqa, elmi məqaləsini Azərbaycanın müstəqillik əldə etdikdən sonra hüquq sisteminin inkişafına həsr edən Cəfərova Reyhan, ümummilli lider Heydər Əliyevin konstitusionalizmin və bütövlükdə milli dövlətçiliyin formalaşmasında misilsiz rolundan danışmışdır. Sonda Cəfərova Reyhan məruzəsini Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il noyabrın 8-də qazanılan böyük qələbənin bu həqiqəti təsdiq edən tezisləri ilə yekunlaşdırıb./p>

(35) Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.