loader image

Dia.edu.az

12 Dekabr-Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında silsilə tədbirlər keçirilmişdir

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında silsilə tədbirlər baş tutmuşdur. Ümummilli Lider Heydər Əliyevin siyasi irsi akademiyadakı bütün ixtisas qruplarında yad edilmişdir. 09.12.2024-cü il tarixində “Premier” şahmat məktəbində tələbələr arasında “12 Dekabr-Ümummilli lider Heydər Əliyevin anım günü’’nə həsr olunmuş şahmat turniri keçirilmiş və ilk üç yeri tutan gənclər mükafatlandırılmışlar. 10.12.2024 tarixində “Heydər Əliyev: Gələcəyə daşınan miras” mövzusunda tarix kafedrasının dosenti Çingiz Məmmədov, 11.12.2024-cü il tarixində “Heydər Əliyev və Diplomatiya: Beynəlxalq əlaqələrin qurulmasında strateji yanaşmalar” mövzusunda millət vəkili, Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının professoru Elman Nəsirovun iştirakı ilə tələbələrlə elmi seminarlar keçirilmişdir. Dekabrın 11 -də Dövlət İdarəçilik Akademiyasında 5 universitetin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş intellektual yarış keçirilmiş, tədbirin sonunda qalib universitetlərin tələbələri mükafatlandırılmışlar. Dekabrın 12-də isə Dövlət İdarəçilik Akademiyasının kollektivi müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı Fəxri xiyabanı ziyarət edib. Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad edilib.