Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə səfər ediblər.
Səfər çərçivəsində tələbələrin Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadə ilə görüşü baş tutub.
Görüş zamanı, tələbələr Xarici İşlər Nazirliyinin strukturu, iş fəaliyyəti, diplomatik xidmət, xarici siyasətin kommunikasiyası haqqında geniş məlumatlandırılıb, onların çoxsaylı sualları cavablandırılıb.
Dövlət İdarəçilik Akademiyasının rektorunun müşaviri Zaur Məmmədov başda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov olmaqla, faydalı görüş üçün yaradılan şəraitə görə Xarici İşlər Nazirliyinə minnətdarlığını bildirib.
Daha sonra tələbələrin Xarici İşlər Nazirliyinin inzibati binasına ekskursiyası baş tutub, onlar əsas tədbir, görüş, mətbuat konfransı zalları ilə tanış ediliblər.