loader image

Dia.edu.az

Tələbələrimiz müsabiqədə fərqlənmə sertifikatına layiq görülüblər

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri “49-cı ICPC (International Collegiate Programming Contest) – Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin 1/2 final mərhələsində APA3 komandası ilə təmsil olunub. Müsabiqənin nəticələrinə görə komandamızın hər bir üzvü fərqlənmə sertifikatına layiq görülmüşdür. Bakı Mühəndislik Universitetinin təşkilatçılığı ilə 27 oktyabr 2024-cü il tarixində “49-cu ICPC (International Collegiate Programming Contest) – Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsəbiqəsinin 1/4 final mərhələsi keçirilmişdir. Müsabiqədə Azərbaycanın 24 ali təhsil müəssisəsindən 50 komanda (hər komanda üç tələbə və komanda rəhbəri) iştirak edib. 1/4 final mərhələsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını, “İntellektual sistemlərin idarə olunması” kafedrasının dosenti Gülnar Mirzəyevanın rəhbərliyi ilə “İnzibati İdarəetmə” fakültəsinin tələbələrindən ibarət APA3 və APA5 komandaları təmsil edib. Komandalar 5 saat ərzində 14 alqoritmik məsələni C, C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək çalışıblar Qiymətləndirmə avtomatik qiymətləndirmə sistemi ilə aparılıb. APA3 komandası müsabiqədə III yer tutaraq, Gürcüstan Respublikasının Tbilisi şəhərində Gürcüstan Milli Universiteti CEU-nun bazasında keçirilən “49-cu ICPC – Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatına vəsiqə qazanmışdır. 15 dekabr 2024-cü il tarixində “49-cu ICPC – Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsəbiqəsinin 1/2 final mərhələsi keçirilmişdir. Müsabiqədə Azərbaycanın 17 ali təhsil müəssisəsindən 25 komanda (hər komanda üç tələbə və komanda rəhbərindən ibarətdir) iştirak edib. APA3 (Əli Xəlilov, Əhməd İsmayılzadə, Ülkər Kuhi) komandası bu yarımfinalda Fəxri sertifikatla (Honorable Mention Certificate) təyin edilib. “ICPC – Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsi 1977-ci ildən mütamadi olaraq keçirilir. Müsabiqəsinin seçim mərhələlərində hər il dünyanın 100-dən çox ölkəsinin 3000-dən çox universitetindən 50000-dən çox tələbə (16000-dən çox komanda) iştirak edir. Bunlardan 150-ə yaxın komanda finala vəsiqə qazanır. Azərbaycan ali təhsil müəssisələrinin komandaları bu müsabiqədə 2003-cü ildən etibarən iştirak etməkdədirlər. Qeyd edək ki, 13 oktyabr 2024-cü il tarixində keçirilmiş müsabiqənin Azərbaycan üzrə təsnifat mərhələsində 23 ali təhsil müəssisəsindən ümumilikdə 174 komanda iştirak edib. Bu il müsabiqədə ilk dəfə yeni yaradılmış Qarabağ Universiteti komandaları da iştirak ediblər. Müsabiqədə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını aşağıdakı komandalar təmsil etmişlər:

APA 3 komandası


Komandanın rəhbəri:


Gülnar Mirzəyeva (İntellektual sistemlərin idarə olunması kafedrası).
Komandanın üzvləri:
 Əli Xəlilov
 Əhməd İsmayılzadə
 Ülkər Kuhi

APA 5 komandası


Komandanın rəhbəri:


Gülnar Mirzəyeva (İntellektual sistemlərin idarə olunması kafedrası).
Komandanın üzvləri:
 Nicat Məhəmmədov
 Cəbrayıl Babayev
 Rəhim Novruzov
Ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiz:
https://icpc.global