Azərbaycan Respublikasınn Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq ixtisasında bakalavr təhsili alan tələbələrin nəzəri biliklərinin artırılması ilə yanaşı, müvafiq dövlət orqanlarında çalışan təcrübi əməkdaşlar tərəfindən praktiki biliklərin verilməsi təcrübəsindən də geniş istifadə olunur. Bu tədbirlərin davamı kimi, cari ilin dekabr ayının 24-də Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin Əhalinin dövlət reyestri və vətəndaşlıq vəziyyəti şöbəsində hüquqşünaslıq ixtisasının IV kurs tələbələrinə “Ailə hüququnda vətəndaşlıq vəziyyəti aktları” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda şöbənin rəisi Aytən Muradova tərəfindən sahənin nəzəri və praktiki aspektləri barədə məlumat verilmiş, vətəndaşlıq vəziyyəti aktlarının anlayışı, doğumun, adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsinin, nikahın bağlanmasının və pozulmasının, övladlığa götürmənin, atalığın və ölümün qeyd olunması, vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar, akt kitabları, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınma qaydaları, vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə ətraflı məlumatlar verilməklə, həmin mövzuda tələbələrin sualları cavablandırılmışdır. Elmi seminarın sonunda Dövlət İdarəçilik Akademiyasının “Hüquqşünaslıq” kafedrasının müdiri professor İsaxan Vəliyev çıxış edərək Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin əhalinin dövlət reyestri və vətəndaşlıq vəziyyəti şöbəsinin rəhbərliyinə öz minnətdarlığını bildirmiş və tələbələrin əldə etdikləri yeni biliklərin gələcəkdə onlar üçün faydalı olacağını vurğulamışdı.
- 26 Dek
- 2024