20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rəhbərliyi və tələbələri faciə qurbanlarının əziz xatirəsini yad etmək məqsədilə Şəhidlər Xiyabanını ziyarət etdilər, şəhidlərin məzarları üzərinə gül dəstələri qoydular.