Gənclər Günü ərəfəsində AMEA Rəyasət Heyətinin iclasında 2024-cü il üzrə AMEA-nın “İlin gənc alimi” mükafatı müsabiqəsinin nəticələri elan olunub.
Qaliblər sırasında, “ilin gənc alimi” nomimasiyası üzrə AMEA Mərkəzi Elmi Kitabxasının beynəlxalq əlaqələr üzrə baş mütəxəssisi, Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Züriyə Qarayeva da var.
Qeyd edək ki, Zuriyə Qarayeva politologiya ixtisası üzrə bakalaviaturanı Dövlət İdarəçilik Akademiyasında bitirib və daha sonra “siyasi institutlar və sistemlər” üzrə elmi dərəcə almışdır.