loader image

Dia.edu.az

Gənclər günü münasibətilə Akademiyanın əməkdaşı və tələbəsi mükafatlandırılmışlar

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə mükafatlandırılma mərasimi baş tutmuşdur. Tədbirdə DİA-nın tələbələrlə iş üzrə koordinatoru, həmçinin Bakı Təşəbbüs Qrupunun könüllülər platformasının rəhbəri Murad Həsənxanlı və DİA Tələbə Gənclər Təşkilatının sədri İxtiyar Mahmudzadə səmərəli əməkdaşlıq fəaliyyətinə görə təltif olunmuşlar. Gəncləri təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.