loader image

Dia.edu.az

DİA-da “Akademik yazı bacarıqları” mövzusunda növbəti seminar keçirilib

12 fevral 2025-ci il tarixində Elm və beynəlxalq əlaqələr şöbəsinin müdiri Elvin Əzizbəyov tərəfindən elmi tədqiqatların səmərəliliyinin artırılması məqsədi ilə akademiyada təhsil alan doktorant və dissertantlar üçün “Akademik yazı bacarıqları” mövzusunda seminar keçirilmişdir. Seminarda iştirakçılara elmin müasir istiqamətləri, yeni tədqiqat metodları, elmi nəticələrin yüksək təsir əmsallı (impact factor) jurnalların tələblərinə uyğun tərtib olunması və məqalələrin beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan dövri elmi nəşrlərdə çap olunması prosesi izah olunmuşdur. Eyni zamanda, doktorantlara Web of Science, SCOPUS, Springer, Ulakbim, Philosopher’s Index, ERIH PLUS kimi Beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərində jurnal seçimi, ədəbiyyat siyahısının tərtibi, akademik dürüstlük və digər məsələlər haqqında ətraflı məlumat verilmişdir.