Mükafatın təqdim olunması məqsədilə Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının (ATGTİ) sədri Rəşad Zeynalov Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovla görüşüb.
Rəşad Zeynalov bu ali təhsil müəssisəsinin tələbə və məzunlarının Azərbaycanın ictimai – siyasi həyatında hər zaman önəmli rol oynadığını xüsusilə vurğulamışdır. O, DİA rəhbərliyinin daima Tələbə Gənclər Təşkilatına dəstək olduğunu, gənclərin inkişafı istiqamətində uğurlu fəaliyyətini vurğulamış, göstərilən diqqətə görə rektor akademik U.Ələkbərova təşəkkürünü bildirdi. O, eyni zamanda ATGT- nin gördüyü işlər barədə, gələcəkdə planlaşdırılan layihələr barədə danışaraq DİA ilə bu istiqamətdə əməkdaşlığın perspektivləri haqqında fikirlərini bildirib.
Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik U.Ələkbərov, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu gənclər siyasətindən danışaraq ölkədə bütün sahələrdə davam edən inkişaf haqqında fikirlərini bildirdi. Rektor, dövlət gənclər siyasətinin bir parçası olan ATGTİ-nin gənclərin təhsil və təhsildən kənar ictimai fəaliyyətlərinin artırılması stiqamətində səmərəli layihələr həyata keçirdiyini qeyd edərək təşkilata uğurlar arzu etmişdir.
- 13 Fev
- 2025