loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasının nümayəndə heyəti beynəlxalq forumda iştirak ediblər

Dövlət İdarəçilik Akademiyasının Elm və beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Elvin Əzizbəyov və ictimaiyyətlə əlaqələr üzrə müşavir Zaur Məmmədov 17,18 fevral 2025-ci il tarixlərində Türkiyə Respublikası Prezidentinin Administrasiyasının İnsan Resursları Ofisi tərəfindən İstanbul şəhərində təşkil olunan “İstedad əsaslı inkişaf”mövzusunda beynəlxalq forumda və Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin növbəti seminarında iştirak ediblər.
İstanbul Konqres Mərkəzində keçirilən və 36 ölkənin nümayəndə heyətinin yer aldığı forumda beynəlxalq təşkilatların, dövlət və özəl sektorun nümayəndələri və tanınmış alimlər iştirak ediblər. Forumun açılış mərasimində Türkiyə Respublikası Prezidentinin Administrasiyasının İnsan Resursları Ofisinin rəhbəri Doç. Dr. Salim Atay, Sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, İstanbul valisi Davud Gül çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.