loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasının müəlliminin məqaləsi Polşada çap edilmişdir

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müəllimi, h.ü.f.d Reyhan Cəfərovanın məqaləsi Ali Attestasiya Komissiyasının hüquq elmləri üzrə Beynəlxalq xülasələndirmə və indeksləşmə bazası kimi qəbul etdiyi ERİH PLUS sisteminə daxil olan, Polşada nəşr edilən "Futurity Economics&Law": March (In Progress) nüfuzlu dövri elmi jurnalında çap edimişdir. “İşğaldan azad edilmiş ərazilərdə dövlət idarəçiliyinin həyata keçirilməsi Azərbaycan konstitusionalizminin təzahürlərindən biri kimi” adlı məqalədə 44 günlük müharibədən sonra Qarabağ və Şərqi Zəngəzurda idarəçilik mexanizmlərindən bəhs edilir.