loader image

Dia.edu.az

Tədrisin keyfiyyətinin artırılması istiqamətində ardıcıl fəaliyyət davam edir

Tədrisin keyfiyyətinin artırılması Azərbaycan Respublikasının dövlət siyasətinin
prioritetlərindən biridir və davamlı inkişafının zəruri şərtidir.
Dövlət İdarəçilik Akademiyasında bu istiqamətdə innovativ metodların tətbiqi
davam etməkdədir. Tədris keyfiyyətinin monitorinqi və məzunlarla iş şöbəsinin
fəaliyyət istiqamətlərindən biri də müasir metodların tətbiqi və təlim proqramları
üzrə mütəmadi olaraq kursların keçirilməsidir.
Martın 7-də Elektron idarəetmə şöbəsinin müdiri Zahid Məcidov, Tədris
keyfiyyətinin monitorinqi və məzunlarla iş şöbəsinin əməkdaşları İradə
Təhmazova, Gülputa Şirinova və İqtisadiyyatın dövlət tənzimlənməsi kafedrasının
müəllimi Ayxan Xubanov “təhsil prosesində rəqəmsal texnologiyalar” ,
“müəllimlər üçün tətbiqlər və xidmətlər” kimi beynəlxalq kursları uğurla bitirərək
sertifikatlara layiq görülmüşlər.