loader image

Dia.edu.az

01 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 dekabr 2014-cü il tarixli, 387 nömrəli Fərmanı və həmin sənədə 15 may 2025-ci il tarixli, 394 nömrəli Fərmanla təsdiq olunmuş dəyişikliklərə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında icra hakimiyyəti orqanlarının “Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması” şöbələrinin rəhbərləri üçün “Su hövzələrinin bioloji ehtiyatlarının optimal idarəedilməsi” mövzusunda təlim proqramına start verilmişdir. Təlim Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Davamlı İnkişafın Planlaşdırılması və İdarəedilməsi” kafedrasının müəllimi, Davamlı İnkişafda Mavi Texnologiyalar Mərkəzinin direktoru, biologiya elmləri doktoru, professor Mehman Axundov tərəfindən keçiriləcəkdir.

Təlimin ilk günü professor Mehman Axundov mühazirə zamanı su bioresurslarının idarə edilməsinin dövlət siyasəti baxımından strateji əhəmiyyətini, ekosistem əsaslı idarəetmə modellərini və beynəlxalq təcrübədə tətbiq olunan müasir elmi yanaşmaları geniş şəkildə şərh etmişdir. O, həmçinin təbii ehtiyatların mühafizəsi, ekosistem xidmətlərinin idarə olunması və resurs istifadəsinin elmi əsaslandırılması üzrə konseptual çərçivələri və onların idarəetmə proseslərinə inteqrasiyası ilə bağlı ətraflı izahlar təqdim etmişdir.

Təlim çərçivəsində su hövzələrinin bioloji müxtəlifliyinin qorunması, ekoloji tarazlığın təmin olunması, eləcə də su bioresurslarının səmərəli və davamlı idarə edilməsi kimi əsas istiqamətlər üzrə müasir metodoloji yanaşmalar və tətbiqi idarəetmə modelləri mərhələli şəkildə təhlil ediləcəkdir. Təlim müddətində professor Mehman Axundov tərəfindən ekosistem əsaslı idarəetmə strategiyaları, adaptiv resurs planlaşdırılması, biomonitorinqin elmi baza prinsipləri, elmi məlumatlara əsaslanan qərar qəbuletmə mexanizmləri və beynəlxalq təcrübədə formalaşmış innovativ idarəetmə alətlərinin tətbiqinə dair sistemli izahlar təqdim olunacaqdır.

Ümumilikdə həftədə 2 dəfə olmaqla 16 saatlıq təlim proqramının 2025-ci ilin dekabrın    01-dən 26-dək onlayn formada təşkil olunmağı nəzərdə tutulmuşdur.