loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında “Elektron Hökumət Təlim Mərkəzi”nin açılışı olmuşdur

6 dekabr 2012-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə yaradılan“Elektron Hökumət Təlim Mərkəzi”nin açılışı olmuşdur. 
Tədbirdə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirinin müavini Elmir Vəlizadə, Dövlət İdarəçilik Akademiyasının rektoru,akademik Urxan Ələkbərov, professor-müəllim heyəti, müdavimlər, tələbə və magistrlar iştirak etmişlər. 
Mərkəz dövlət qulluqçularının, müdavim və tələbələrin təhsil imkanlarını genişləndirməklə yanaşı, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində yeni bilik və bacarıqların əldə edilməsinə imkanlar yaradacaq.
Diqqətə çatdırıldı ki, təlim mərkəzinin əsas məqsədi hazırda dövlət qulluğu sistemində fəaliyyət göstərən və bu istiqamətdə hazırlanan kadrların elektron idarəetmə prinsipləri ilə tanış etmək, onların elmi tədqiqatlara cəlb edilməsi, müxtəlif treninqlərin təşkili, diskussiya xarakterli görüşlərin keçirilməsini qarşıya vəzifə kimi qoyur. 
Rabitə və İnformasiya Texnologiyaları Nazirinin müavini Elmir Vəlizadə Elektron xidmətlərin göstərilməsi üzrə işlərin dövlətin daim diqqət mərkəzində olduğunu, “Elektron Azərbaycan” Dövlət Proqramının və “Elektron hökumət” Fəaliyyət Proqramının əhəmiyyətini qeyd etdi. İstifadəyə verilən təlim mərkəzinin həm dövlət qulluqçuları, həm də gənc idarəçi kadrlar üçün yeni praktik biliklər əldə edilməsinə və elektron idarəetmə vasitəsindən istifadə edərək inkişafın davamlı xarakteli olmasına töhvə verəcəyini bildirmişdir.   
Daha sonra Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov qeyd etdi ki, İKT biliklərinin tətbiqi davamlı insan inkişafı istiqamətində atılan ən vacib vasitələrdən biridi  və bu qloballaşan dünyada mühüm əhəmiyyət kəsb edir. O, bildirmişdir ki, Azərbaycanda informasiya cəmiyyətinə keçidin təmin edilməsi, İKT-nin tətbiqi yolu ilə informasiya və biliklərə əsaslanan, rəqabətə davamlı iqtisadiyyatın inkişaf etdirilməsi, dövlət idarəetmə mexanizmlərinin səmərəliliyinin artırılması və qərarların qəbulu prosesində vətəndaşların və sosial institutların iştirakının təmin edilməsi istiqamətində atılan mühüm addım kimi qiymətləndirilir.