Dövlət İdarəçilik Akademiyası “Elektron hökümət” və “Təbiətdən istifadə və ətraf mühitin mühafizəsinin dövlət tənzimlənməsi” istiqaməti üzrə ixtisasartırma kursları fəaliyyətə başlamışdır
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Elektron hökümət” və “Təbiətdən istifadə və ətraf mühitin mühafizəsinin dövlət tənzimlənməsi” istiqaməti üzrəqısamüddətli ixtisasartırma kursları başlamışdir. Kursa Dövlət Hakimiyyətinin mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının nümayəndəli orqanların, müvafiq nazirlik, komitə və idarələrin rəhbər işçiləri cəlb olunmuşdur.
Bu istiqamətdə kursların əsas məqsədi “Elektron hökümət” Dövlət qulluqçusu yeni informasiya məkaninda, Azərbaycanda informasiya cəmiyyəti quruculuğu, Elektron hökümət- dövlət orqanlarinin fəaliyyətinin təşkilinin yeni formasi kimi, Elektron hökümətin normativ hüquqi təminati, Elektron xidmətlər onlarin təşkili və təqdim olunmasi, Elektron hökümətin uğurunun amilləri, Minilliyin yeni inkişaf məqsədləri; “Təbiətdən istifadə və ətraf mühitin mühafizəsinin dövlət tənzimlənməsi”, Azərbaycan Respublikasinin ekoloqiya sahəsində dövlət siyasəti: prioritetləri, həyata keçirilmə məxanizmləri, Torpaq, yerintəki, meşə və flora problemləri, Beynəlxalq ekoloji təşkilatlarla əlaqələr, ətraf mühitin mühafizəsində onlarin qorunmasinda rolu, Ekoloji tarazliq və davamli inkişaf prinsiplərinin planlaşdirma tətbiqində bələdiyyələrin rolu, Ekoloji sivilizasiya konsepsiyasi davamli inkişafin məqsədi kimi və s. problemlərlə bağlı biliklərin dinləyicilərə çatdırılması və onlarla fikir mübadiləsinin aparılması nəzərdə tutulur.
Kurslar ərzində “Elektron hökümət” istiqaməti üzrə- AR Rabitə və İnformasiya Texnoloqiyalaririnin nazir müavini Elmir Vəlizadə, AMEA-nin İnformasiya Texnoloqiyalari İnstitutunun direktoru Rasim Əliquliyev, AR Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sosial İnnovasiyalar və Strateji Araşdirmalar şöbəsinin sektor müdiri Ceyhun Salmanov, “Təbiətdən istifadə və ətraf mühitin mühafizəsinin dövlət tənzimlənməsi” istiqaməti üzrə- AR Ekoloqiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev, Beynəlxalq Ekoenerqetika Akademiyasinin prezidenti Fəqan Əliyev, AR Qeyri –Hökümət Təşkilatlarina Dğvlət Şurasinin Katibliyinin İcraçi direktoru Fərasət Qurbanov, AR Milli Məclisinin Reqional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə və İdarəçilik Akademiyasının professor-müəllim heyətinin müxtəlif mövzularda mühazirələri nəzərdə tutulub.