loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında növbəti ixtisasartırma təlimi keçirilmişdir

        Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 24 noyabr 2020-ci il tarixində «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu və Qanunun tətbiqi ilə bağlı 26 dekabr 2020-ci il tarixində Fərman imzalanmışdır. Dəyişikliklər dövlət qulluqçusunun fəaliyyətinə nəzarətin həyata keçirilməsi, onun potensial imkanlarının aşkara çıxarılması və həmin imkanlardan səmərəli istifadədövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi, dövlət qulluqçusunun peşə səriştəliyinin artırılmasının stimullaşdırılması və əlavə təhsilə ehtiyacının, habelə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi kimi prioritet məsələlərlə bağlı yeni yanaşmaları nəzərdə tutur. Bu yanaşmaların icraçılara çatdırılması və izahı ilə əlaqədar mərhələli şəkildə Azərbaycan Respublikasının bütün regionlarında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tərəfindən keçiriləcək təlimlər nəzərdə tutulmuşdur.

      Bununla əlaqədar 05 fevral 2021-ci il tarixində «Müasir dövrdə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi» mövzusunda təlimin Azərbaycan Respublikasının Lənkəran İqtisadi rayonunun şəhər və rayon İcra Hakimiyyətləri başçılarının müavinləri, aparıcı şöbələrinin müdirləri və yuxarıda qeyd olunan mövzuya aidiyyatı olan əməkdaşları üçün keçirilmişdir.

           Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov təlimin açılışda iştirak etmiş və dinləyicilərə uğurlar arzu etmişdir. Dövlət İdarəçilik Akademiyasının Dövlət qullugu kafedrasının müdiri dosent Rəcəb Rəhimli “Müasir dövrdə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi”  mövzusunda onlayn formada dinləyicilərə mühazirə oxumuşdur.  dos.Rəcəb Rəhimli  çıxış edərək dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi məqsədindən, qiymətləndirmənin müasir metodlarından, qaydalarından, meyarlarından, qiymətləndirmə nəticəsində görülən tədbirlərdən, dövlət qulluqçularının təlimlərə cəlb olunma ehtiyaclarından, o cümlədən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş son dəyişikliklərdən danışmış, ölkəmizdə son illər dövlət idarəçilik sistemində həyata keçirilən islahatlar barədə təlim iştirakçılarına məlumat vermişdir.  Məruzəçi vurğulamışdır ki, dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi dövlət qulluqçusunun gələcək karyerası üçün vacib amildir. Qarşılıqlı diskusiya şəraitində keçən onlayn seminarda məruzəçi seminar iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.