loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında “Etik davranış qaydaları və maraqların toqquşmasının qarşısının alınması” mövzusunda online təlim keçirilib

Azərbaycan Respublikasının Prezidentinin 23 noyabr 2018-ci il tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya” nın Fəaliyyət Planında dövlət qulluğu sisteminin inkişaf etdirilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar Fəaliyyət Planında göstərilən prioritet istiqamətlərindən biri kimi rəhbər vəzifəli və dövlət qulluğuna yeni qəbul olunan şəxslərin etik davranış qaydaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi məqsədi ilə onlayn təlim keçirilib.

Təlim Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün “Etik davranış qaydaları və maraqların toqquşmasının qarşısının alınması” mövzusuna həsr edilib. Təlim Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru dosent Rəcəb Rəhimli tərəfindən keçirilib. Natiq öz çıxışlarında xidməti vəzifələrinin icrası zamanı dövlət qulluqçularından gözlənilən və tələb edilən davranış qaydalarından, dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərin xidməti davranışı həmin standartlara və prinsiplərə əsaslanmalı olduğunu qeyd edib. Daha sonra dövrümüzdə bir sıra peşələrin icra edilməsi zamanı riayət olunması vacib olan əsas etik dəyərlərdən danışan məruzəçi, dövlət qulluğu etikası ilə bağlı prinsip və dəyərlərin məqsədləri,  “Dövlət qulluğu haqqında”  və “Dövlət qulluqçularının etik davranış qaydaları” haqqında Qanunda etik məsələlərə aid  müddəaları təlim iştirakçılarının diqqətinə çatdırmış, dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, etimadın yüksəldilməsi, səmərəliliyin və şəffaflığın artırılması, korrupsiyanın və maraqların toqquşmasının qarşısının alınması, o cümlədən dövlət qulluğunda dürüstlük, etik dilemmalar, onların həlli yolları, etik davranış qaydalarına əməl olunmasına nəzarət və s. məsələlər barədə ətraflı məlumat verib.