loader image

Dia.edu.az

Pakistanlı tədqiqatçı Adel Muxtar Mirzənin www.globalnewspakistan.com saytında Azərbaycan həqiqətləri haqqında məqaləsi dərc edilmişdir

Azərbaycan işğal altındakı torpaqlarını azad etmək üçün qətiyyətli mübarizə aparır, başqa bir tələbi yoxdur. Bu ədalətli mövqe ilə dünyanın bir çox ölkələrinin media qurumlarında Azərbaycanın haqlı mövqeyinə dəstək ifadə edilir.

Belə dəstək yazılarından biridə  Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) tərəfindən Dövlət İdarəçilik Akademiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Qonaq Elmi İşçilərin Mübadiləsi Proqramı” çərçivəsində Azərbaycan Respublkasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun elmi rəhbərliyi altında “Azərbaycanda davamlı inkişaf və iqlim dəyişikliyində rəqabət qabiliyyətinə xüsusi diqqət” mövzusunda  elmi  araşdırmalar  aparan Pakistanlı tədqiqatçı Adel Muxtar Mirzənindir. Tədqiqatçı Adel Muxtar Mirzə Azərbaycanda olduğu müddətdə ölkənin uğurlarını, tarixini, mədəniyyətini, həqiqətlərini öz gözləri ilə görmüşdü. Bu gün onun məqaləsinin yazılma səbəbi rasional düşüncəyə əsaslanan həqiqətin və ədalətin ifadəsidir.

Onun www.globalnewspakistan.com saytında çap olunmuş məqaləsində Pakistanın Dağlıq Qarabağ bölgəsində cərəyan edən hadisələri diqqətlə izləməsindən, Gəncə, Tərtər və digər şəhərləri daxil olmaqla Azərbaycan ərazilərindəki mülki yaşayış məntəqələrinin ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasından, münaqişənin tarixi haqqında geniş bəhs edilir.

Məqalənin müəllifi bildirir ki, Azərbaycanın mövqeyi beynəlxalq hüquq və münaqişənin tarixi ilə bağlı faktlar baxımından möhkəm zəmindədir. Ermənistanın yanaşması isə münaqişəni emosional sferaya yönəltməkdən ibarətdir.

Məqalədə qeyd olunan fikir və arqumentlər beynəlxalq səviyyədə mötəbər hesab olunan analitik və akademik mənbələrə istinad edilməklə təsdiqlənib.