loader image

Dia.edu.az

DİA-da təhsil alan dövlət qulluqçuları üçün disssertasiya müdafiəsi təşkil edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alan dövlət qulluqçularının magistr dissertasiya işlərinin müdafiəsi onlayn təşkil edilib.

Qeyd edək ki, ölkədə Koronavirus (Covid-19) epidemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə mart ayının 3-dən bütün təhsil müəssisələrində, o cümlədən DİA-da ənənəvi tədris dayandırılıb və onlayn təhsilə start verilib. Ona görə də tələbələrin imtahana sessiyası və bakalavriatura və magistratura səviyyəsində müdafiələr də onlayn formatda təşkil olunub. Müdafiələr əvvəlcədən tərtib olunmuş cədvələ uyğun olaraq keçirilib. “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasının “Dövlət qulluğunun təşkili və idarə edilməsi”, “Regional idarəetmə”, “Elektron idarəetmə” və “Davamlı inkişafın idarə edilməsi” ixtisasının “Davamlı inkişafın planlaşdırılması” ixtisaslaşmaları üzrə təhsil alan magistrlər və İxtisaslaşdırılmış Elmi Şura üzvləri onlayn rejimdə sistemə qoşulub və canlı dialoq formatında magistrlərin təqdimatlarını dəyərləndiriblər.

Qeyd edək ki, “Rəhbər kadrların yenidən hazırlanması” fakültəsi üzrə 4 qrupda dövlət və bələdiyyə idarəçiliyi, davamlı inkişafın planlaşdırılmasının  aktual problemlərinə dair 75 magistr işi müdafiəyə buraxılıb və müvəffəq qiymətlə qiymətləndirilib.