Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının inzibati binasında dezinfeksiya işləri aparılıb
Mart 06 , 2020 – 12:54
Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə Dövlət İdarəçilik Akademiyasında da zəruri dezinfeksiya işləri aparılıb.
Səbail Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən akademiyanın bütün tədris və iş otaqları, yeməkxana, konfrans zalları və umumi istifadə edilən ictimai yerlər dezinfeksiya olunub.
Bununla yanaşı koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması və zəruri profilaktik tədbirlərin artırılması məqsədilə DİA-nın əməkdaşlarının məsuliyyətinin artırılması məqsədi ilə məlumatlandırıcı işlər həyata keçirilib.
DİA-nın Mətbuat xidməti