loader image

Dia.edu.az

“Vətən məndən başlayır!”
Dek 30 , 2019 – 12:20

Dekabr ayının 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi “Vətən məndən başlayır!” adlı layihənin növbəti tədbiri keçirilib.

Layihə çərçivəsində yerinə yetiriləcək fəaliyyətlərin əsas məqsədi xüsusilə gənclər arasında vətənpərvərlik və dövlətçilik ideologiyalarının “Vətən məndən başlayır!” devizi altında təbliğ olunması, hər bir fərdə ümumi tərəqqi və dövlətçiliyimizin daimi olması naminə öz fəaliyyətlərində daha çalışqan, məqsədyönlü və əzmkar olmağı təşviq etməkdir.

Tədbirdə DİA-nın prorektoru Əlikram Abdullayev, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı, millət vəkili Flora Qasımova, Millət vəkili Tahir Mirkişili, professor Anar İsgəndərli, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, Qarabağ qazisi Rey Kərimoğlu, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin üzvləri, ictimaiyyət nümayəndələri, QHT rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və akademiyanın kollektivi iştirak ediblər.

Sonra tədbir iştirakçıları mövzu ilə bağlı fikir mübadiləsi aparıblar.