loader image

Dia.edu.az

Yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim keçirilib
Noy 18 , 2019 – 11:10

2019-cu ilin noyabr ayında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında növbəti distant təlim keçirilib. Təlimin əsas məqsədi ölkənin innovativ və inklüziv inkişafı üçün hədəflərin yeni istiqamətləri ilə bağlı biliklərin dinləyicilərə çatdırılması və onlarla fikir mübadiləsinin aparılmasıdır.

Yerli icra hakimiyyətlərinin əməkdaşları üçün təşkil edilən təlimdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov «Dövlət idarəçiliyində innovativ texnologiyalar: Azərbaycan Respublikasının təcrübəsi» mövzusunda açılış mühazirələri ilə çıxış edib.

Akademik Urxan Ələkbərov Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışıb, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib və bu gün Azərbaycanın iqtisadiyyatının sürətlə inkişaf etdiyini konkret faktlarla diqqətə çatdırıb. Dövlətimizin başçısının tətbiq etdiyi və dünya miqyasında ilk dəfə işlənilmiş idarəetmə texnologiyaları sayəsində Azərbaycanın inklüziv inkişaf indeksi Avropa İttifaqına üzv olan bir çox dövlətlərin göstəricilərindən yüksək olduğu qeyd edilib.

Daha sonra Yerli icra hakimiyyətlərinin əməkdaşlarının sualları cavablandırılıb.