E L A N
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəcilik
Akademiyası 2024/2025-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə
Əlavə təhsilin istiqaməti üzrə sənəd qəbulu elan edir
- Dövlət və bələdiyyə idarəetməsi
- Menecment
- Beynəlxalq münasibətlər
- Politologiya
Əlavə təhsilin təkrar ali təhsil istiqamətinə əvvəlki təhsili və ya hazırda işlədiyi vəzifəsi (1 ildən az olmayaraq) seçdiyi ixtisasa uyğun gələn şəxslər qəbul oluna bilər. Təhsil, idarə və ayrı-ayrı şəxslərlə (iş stajı 1 ildən az olmayaraq) Dövlət İdarəçilik Akademiyası arasında bağlanmış fərdi müqavilələr əsasında ödənişli qaydada qiyabi formada həyata keçirilir.
Təkrar ali təhsil almaq istəyənlər elektron qaydada portal.edu.az vasitəsilə “Əlavə təhsilə elektron sənəd qəbulu xidməti” bölməsinə şəxsi məlumatları daxil etdikdən sonra “Əlavə” sənədlər bölməsinə aşağıda qeyd olunanları yükləməlidirlər:
– rektorun adına ərizə və ya göndəriş-zəmanət məktubu;
– əmək kitabçasının surəti (hal-hazırda işlədiyi vəzifəsi göstərilmək şərti ilə);
– ali təhsil haqqında sənədin diplom və diploma əlavənin notarial qaydada təsdiqlənmiş surətləri;
– sağlamlıq haqqında arayış.
Xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra DİA-da təkrar ali təhsil ala bilərlər. Təqdim olunan sənədlər müvafiq tələblərə cavab verməsi və iddiaçının təkrar ali təhsil almaq hüququnu qazanması təkrar ali təhsilə dair müvafiq əsasnaməyə uyğun olaraq yaradılan müsahibə Komissiyası tərəfindən müəyyən edilir.
Sənəd qəbulu 30 avqust 2024-cü il saat 18:00-da bitəcək.
Ünvan: Bakı, Lermontov küç., 74, otaq 4
Əlavə məlumat üçün:
tel: (+994) 012-497- 83-30
I – V günlər , saat 14:00 – 17:00
e-mail: tekraralitehsil@dia.edu.az
EVENT INFO :
- Start Date:01.06.2024
- Start Time:00:00
- End Date:02.09.2024
- End Time:00:00