loader image

Dia.edu.az

  • 05.04.2016 - 15:00
  • Bakı, Azərbaycan

E L A N

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 04 may 2016-cı il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş

“Heydər Əliyev ideyaları müasir Azərbaycanın uğurlu inkişaf siyasətinin təməlidir”

mövzusunda doktorant və dissertantların elmi konfransı keçiriləcəkdir

 

Konfransın proqramına daxil ediləcək məqalə Azərbaycan və ya rus dillərindən birində yazılmalı və bir nüsxədə, surəti elektron daşıyıcıda olmaqla

15 aprel 2016-cı il tarixədək DİA-nın Elmi Təşkilat şöbəsinə təqdim edilməlidir.

Konfransa təqdim olunan məqalə aşağıdakı tələblərə uyğun tərtib edilməlidir:

Mətn Microsoft Word for Windows redaktorunda Times New Roman şriftilə (hərflərin ölçüsü-14, interval-1,5) yığılır, A4 formatlı kağızda çap olunur;

Məqalənin həcmi 5 səhifədən az olmamalıdır;

Mətnin əvvəlində sağdan doktorantın (tədqiqatçının) soyadı, adı və atasının adı (tam yazılmalı), 1 interval aşağıda ali təhsil müəssisəsinin və ya elmi tədqiqat təşkilatının adı (tam yazılmalı), 1,5 interval aşağıda mərkəzdə qalın hərflərlə məqalənin adı, 1,5 interval aşağıda solda açar sözlər, sonra isə məqalə mətni çap edilir. Məqalədə istifadə edilmiş elmi ədəbiyyat aşağıdakı qaydada göstərilir:

* Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir.

* İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir.

Məqalənin sonunda onun yazıldığı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış məqalələrə rus və ingilis dillərində, rus dilində yazılmış məqalələrə isə Azərbaycan və ingilis dillərində) xülasə verilir.

Məruzələrə doktorantın və ya dissertantın elmi rəhbərinin rəyi və müvafiq elmi müəssisənin kafedrasının iclas protokolundan çıxarışı əlavə olunur.

Qəbul edilən məqalələr konfrans materialı kimi çap olunacaqdır.

Əlaqə telefonu: (012) 492-65-52

 

TƏŞKİLAT KOMİTƏSİ

EVENT INFO :

  • Start Date:05.04.2016
  • Start Time:15:00
  • End Date:05.04.2016
  • Location:Bakı, Azərbaycan