loader image

Dia.edu.az

  • 16.08.2018 - 16:00
  • Bakı, Azərbaycan

E  L  A  N

2018/2019-cu tədris ilində

Azərbaycan  Respublikasının Prezidenti yanında Dövlət  İdarəçilik Akademiyasına

daxil olmuş tələbələrin qeydiyyatdan keçməsi üçün lazım olan sənədlərin

SİYAHISI

1. Attestat, iş nömrəsi və şəxsi kabinetin istifadəçi adı (FİN)

2. Şəxsiyyət vəsiqəsinin əsli və surəti (2 nüsxə)

3. 4 ədəd 3×4 ölçüdə rəngli fotoşəkil

4. Tibbi arayış (şəkilli)

5. Tərcümeyi-hal (Aydın və səliqəli yazılmalı. Özü barədə ətraflı məlumat verib, ailə üzvlərini bir-bir sadalamaqla təvəllüd, doğulduğu şəhər, hal-hazırda işlədikləri yer və tutduqları vəzifələri göstərməli)

6. 1ədəd sadə ipli qovluq

7. Sadalanan bütün sənədlərin elektron surətləri (elektron daşıyıcılarda gətirə və yaxud aşağıda göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz)

Məcburi köçkün statusu, şəhid ailəsi (20 yanvar və Qarabağ), 20 yanvar, Qarabağ müharibəsi əlili, o cümlədən, valideynlərindən hər hansı birini itirmiş və digərinin isə əlilliyi olanlar (1-ci və 2-ci qrup) əlavə olaraq bu sənədləri təqdim etməlidirlər:

1.  Tələbənin və valideynlərinin məcburi köçkünlüyü, şəhid ailəsi (20 yanvar və Qarabağ), 20 yanvar, Qarabağ müharibəsi əlili, həmçinin valideynlərdən hər hansı birini itirməsi və digərinin əlilliyi olması (1-ci və 2-ci qrup) haqqında vəsiqələrinin əsli və surəti (2 nüsxədə);

2.  Ailə tərkibi haqqında arayış (2 nüsxədə);

3.  Valideynlərinin şəxsiyyət vəsiqələrinin əsli və surəti (2 nüsxədə);

4.  Şəhid ailəsi olması haqqında arayış.

Qeyd: Akademiyaya ödənişli əsaslarla daxil olmuş abituriyentlər birinci tədris ili üçün təhsil haqqını tam ödədikdən sonra qeydiyyatdan keçə bilərlər. 

Sənədlərin qəbulu avqust ayının 16-dan 28-dək 24 nömrəli otaqda aparılacaqdır.

İş vaxtı:                    bazar ertəsi – cümə günləri, saat 1000 – 1700 (1300 – 1400 – fasilə)

e-mail:                      qeydiyyat@dia.edu.az

EVENT INFO :

  • Start Date:16.08.2018
  • Start Time:16:00
  • End Date:16.08.2018
  • Location:Bakı, Azərbaycan