loader image

Dia.edu.az

  • 15.05.2023 - 00:00

E L A N

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəcilik

Akademiyası 2023/2024-cü tədris ilində aşağıdakı ixtisaslar üzrə təkrar ali təhsil almaq üçün

qiyabi şöbəyə sənəd qəbulu elan edir

 
1.     Dövlət və bələdiyyə idarəetməsi
2.     Menecment
3.     Beynəlxalq münasibətlər
4.     Politologiya
 
Tədris distant və ya qiyabi  formalarda (ödənişli əsaslarla) təşkil  edilir.
Təkrar ali təhsil müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla (iş stajı 1 ildən az olmayaraq)
 Dövlət İdarəçilik Akademiyası arasında  bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir.
Təkrar ali təhsil almaq istəyənlər elektron qaydada portal.edu.az vasitəsilə “Əlavə təhsilə elektron
sənəd qəbulu xidməti” bölməsinə şəxsi məlumatları daxil etdikdən sonra “Əlavə” sənədlər
bölməsinə aşağıda qeyd olunanları yükləməlidirlər:
 
–         göndəriş-zəmanət məktubu
–         əmək kitabçasının surəti (hal-hazırda işləməsi göstərilmək şərti ilə)
–         ali təhsil haqqında sənədin diplom və diploma əlavənin notarial qaydada təsdiqlənmiş
surətləri;
–         sağlamlıq haqqında arayış;
 
Xarici ölkələrdə  ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan  Respublikası
Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra DİA-da təkrar ali təhsil ala bilərlər.
Təqdim olunan sənədlər müvafiq tələblərə cavab verdiyi halda iddiaçılar təkrar ali təhsil almaq 
hüququnu  qazanırlar.
Qəbul zamanı  dövlət  orqanlarının tövsiyə məktubu təqdim edən şəxslərə üstünlük verilir.
Əlavə təhsilin “Təkrar ali təhsili” növünə müraciət etmək istəyənlər portal.edu.az vasitəsilə
sənədlərini elektron formada təqdim edə bilərlər.  Sənəd qəbulu prosesi 01 iyun 2023-cü il tarixində
başlayacaq və qəbul planı dolanadək davam edəcək.  

 

Ünvan:   Bakı, Lermontov küç., 74   
Telefon:    492-66-19   
Rektorluq

EVENT INFO :

  • Start Date:15.05.2023
  • Start Time:00:00
  • End Date:01.07.2023
  • End Time:00:00