loader image

Dia.edu.az

  • 16.05.2016 - 15:00
  • Bakı, Azərbaycan

E  L  A  N

1.     Dövlət və bələdiyyə idarəetməsi

2.     Menecment

3.     Beynəlxalq münasibətlər

4.     Politologiya

Əlavə ali təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Dövlət İdarəcilik Akademiyası arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Əvvəlki ali təhsili və ya hazırda (1 ildən az olmayaraq) işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər mövcud qaydaya əsasən müsahibədə iştirak edə bilərlər.

Əlavə ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

–         rektorun adına ərizə;

–         göndəriş-zəmanət məktubu;

–         əmək kitabçasının surəti ( hal-hazırda işləməsi göstərilmək şərti ilə)

–         ali təhsil haqqında sənədin; – diplom və diploma əlavənin notarial qaydada təsdiqlənmiş surətləri;

–         sağlamlıq haqqında arayış;

–         şəxsiyyəti təsdiq edən sənəd

–         3×4 sm ölçüdə 4 ədəd fotoşəkil

Qəbul Komissiyası mərkəzi və yerli İcra Hakimiyyəti, digər təşkilatların rəhbərləri tərəfindən verilən göndəriş-zəmanət məktublarını nəzərə alacaq.

Sənədlər iyun ayının 01-dən hər gün (şənbə və digər istirahət günlərindən başqa) saat 10-dan 17-dək Akademiyanın inzibati-tədris binasında (1-ci mərtəbə, 23 nömrəli otaqda) qəbul edilir.

Əlavə ali təhsil almaq üçün Dövlət İdarəçilik Akademiyasına sənəd vermiş şəxslərlə müəyyən edilmiş qaydada müsahibə aparılır. Müsahibədən keçmiş şəxslər qüvvədə olan Əsasnaməyə uyğun olaraq əlavə ali təhsil ixtisası üzrə tələbələr sırasına qəbul edilir, müvafiq kurslara yerləşdirilir. Qruplarda tələbələrin sayı mövcud qayda ilə  müəyyən edilir.

Xaricdə təhsil almış şəxslər təhsillərini növbəti pillədə davam etdirmək üçün Azərbaycan Respublikası Təhsil Nazirliyində müvafiq proseduru keçməklə şəhadətnamə almalıdırlar.

Təhsil ödənişlidir. Təhsil haqqı müqavilə əsasında ixtisaslara uyğun olaraq ödənilir.

Ünvan: Bakı, Lermontov küç., 74

                                                                            Telefon:    492-66-19

   Rektorluq 

EVENT INFO :

  • Start Date:16.05.2016
  • Start Time:15:00
  • End Date:16.05.2016
  • Location:Bakı, Azərbaycan