E L A N
Doktorantura
Elm sahələri və ixtisaslar
|
Şifrələr |
Cəmi |
Büdcə hesabına |
|
əyani |
qiyabi |
|||
SİYASİ ELMLƏR: |
59 |
|||
Beynəlxalq münasibətlər |
5901.01 |
2 |
1 |
1 |
Davamlı inkişafın idarə edilməsi |
5902.17 |
1 |
1 |
– |
Siyasi institutlar və sistemlər |
5904.01 |
2 |
1 |
1 |
Siyasi nəzəriyyə |
5908.01 |
1 |
1 |
– |
Dövlət idarəçiliyi |
5909.01 |
3 |
2 |
1 |
TARİX: |
55 |
|
|
|
Beynəlxalq münasibətlər tarixi |
5507.01 |
1 |
1 |
– |
Dissertantura
Elm sahələri və ixtisaslar
|
Şifrələr |
Cəmi |
Ödənişli əsaslarla |
SİYASİ ELMLƏR: |
59 |
|
|
Beynəlxalq münasibətlər |
5901.01 |
2 |
2 |
Davamlı inkişafın idarə edilməsi |
5902.17 |
2 |
2 |
Siyasi institutlar və sistemlər |
5904.01 |
2 |
2 |
Siyasi nəzəriyyə |
5908.01 |
2 |
2 |
Dövlət idarəçiliyi |
5909.01 |
2 |
2 |
Qəbul qaydaları
- Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş plan üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, bir qayda olaraq, elmi və elmi-pedaqoji iş stajına malik olmalıdırlar.
- Doktoranturanın tam kursunu bitirən şəxs eyni ixtisas üzrə təkrarən doktoranturaya qəbul oluna bilməz.
- Doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
– rektorun adına ərizə;
– kadrların şəxsi-qeydiyyat vərəqi;
– tərcümeyi-hal;
– 2 ədəd fotoşəkil (3×4 sm ölçüdə);
– iş yerindən xasiyyətnamə;
– iş stajı olanlar üçün əmək kitabçasından çıxarış (doktoranturaya istehsalatdan ayrılmaqla qəbul olunan şəxslərin əmək kitabçası doktoranturaya təqdim edilir);
– çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
– ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə);
– şəxsiyyəti təsdiq edən sənədin surəti.
Diplomun əsli, şəxsiyyət vəsiqəsi şəxsən təqdim edilir.
Referat doktoranturaya sənəd təqdim etmiş şəxsin seçdiyi ixtisasa uyğun olmalı, müvafiq elmi problemlərin ətraflı təhlilini özündə cəmləşdirməli, tədqiqatçının elmi axtarışlarının nəticələrini əks etdirməlidir.
Qəbul haqqında ərizə və sənədlər 2019-cu il yanvar ayının 4-dək aşağıda göstərilən ünvana təqdim olunmalıdır:
ÜNVAN: Bakı, Lermontov küçəsi 74, Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsi, otaq 34
TEL: (012) 492-65-52.
EVENT INFO :
- Start Date:04.12.2018
- Start Time:12:00
- End Date:10.10.2024
- Location:Bakı, Azərbaycan