Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 24 aprel 2015-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Multikulturalizmin aktual məsələləri” mövzusunda Respublika elmi-praktik konfransı keçiriləcəkdir.
Müasir dövrdə dünya ölkələrinin əksəriyyətində etnik, irqi, dini və mədəni müxtəlifliklər mövcuddur. Bu müxtəlifliklər xalqların etnik-mədəni dəyərlərini, ümumiyyətlə mədəniyyətlərini xarakterizə etməklə onların dünyagörüşü və fəaliyyətlərinin əsasını təşkil edir və həyatında müsbət rol oynayır. Lakin bu müxtəlifliklərin müəyyən bir cəmiyyətdə mövcudluğu dövlət tərəfindən tənzimlənmədikdə və yaxud düzgün tənzimlənmədikdə, o, cəmiyyətin inkişafınınmüxtəlif sahələrində ciddi problemlərə, hətta münaqişələrə səbəb olur. Bu müxtəlifliklərin düzgün tənzimlənməsi hər bir çoxmədəniyyətli dövlət üçün böyük praktiki əhəmiyyət kəsb edir.
Tarixi təcrübə multikulturalizmin etnik, irqi, dini və mədəni müxtəlifliklərin
tənzimlənməsinin ən səmərəli siyasət olduğunu sübut edir. Belə olan bir şəraitdəmultikulturalizm siyasətinin hərtərəfli təhlil olunması böyük nəzəri və praktiki əhəmiyyət kəsb edir.
Konfrans iştirakçıları multikulturalizm siyasətinin aktual məsələlərini müzakirə edəcəklər.
Konfransda aşağıdakı istiqamətlər üzrə müzakirələr aparılacaqdır:
1.Multikulturalizmin sosial- fəlsəfi problemləri;
2. Multikulturalizm- Azərbaycan Respublikasının dövlət siyasəti kimi;
3. Multikulturalizmin Azərbaycan modeli;
4. Azərbaycan Respublikasında multikulturalizm sahəsində dövlət siyasətinin hüquqi təminatı;
5. Azərbaycan Respublikasında multikulturalizm sahəsində həyata keçirilən tədbirlər.
Konfrans haqqında daha ətraflı məlumat almaq istəyənlər “Fəlsəfə və Sosial
Psixologiya” kafedrasına müraciət edə bilərlər.
Əlaqə telefonu: (012) 4928703
Ünvan: Bakı, Lermontov 74
EVENT INFO :
- Start Date:24.04.2015
- Start Time:12:30
- End Date:24.04.2015
- Location:Bakı, Azərbaycan