E L A N
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Dövlət idarəçiliyində islahatların yeni mərhələsi” mövzusunda doktorant və dissertantların elmi konfransı (onlayn)
İştirak üçün təqdim olunan materiallar 2020-ci il may ayının 10-dək doktorantura-dia@mail.ru elektron poçt ünvanına göndərilməlidir.
Konfransa təqdim olunan məqalə aşağıdakı tələblərə uyğun tərtib edilməlidir:
Məqalə Azərbaycan və ya rus dillərindən birində yazılmalıdır.
Mətn Times New Roman şriftilə (hərflərin ölçüsü-14, interval-1,5) yığılır.
Məqalənin həcmi 5 səhifədən az olmamalıdır.
Mətnin əvvəlində sağdan doktorantın (tədqiqatçının) soyadı, adı və atasının adı (tam yazılmalı), 1 interval aşağıda ali təhsil müəssisəsinin və ya elmi tədqiqat təşkilatının adı (tam yazılmalı), 1,5 interval aşağıda mərkəzdə qalın hərflərlə məqalənin adı, 1,5 interval aşağıda solda açar sözlər (hər üç dildə), sonra isə məqalə mətni çap edilir.
Məqalədə elmi mənbələrə istinadlar olmalıdır. İstinad olunan mənbələr ədəbiyyat siyahısında əlifba sırası ilə yazılmalı və nömrələnməlidir. Mənbənin ədəbiyyat siyahısındakı nömrəsi və səhifə nömrəsi mətndəki istinaddan sonra mötərizədə göstərilir. İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir.
Məqalənin sonunda onun yazıldığı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış məqalələrə rus və ingilis dillərində, rus dilində yazılmış məqalələrə isə Azərbaycan və ingilis dillərində) xülasə verilir.
Konfransın materialları əsasında məqalələr toplusu nəşr olunacaq.
Əlaqə telefonu: (012) 492-65-52
Elmi təşkilat ve beynəlxalq əlaqələr şöbəsi
EVENT INFO :
- Start Date:01.05.2020
- Start Time:12:00
- End Date:01.05.2020
- Location:Bakı, Azərbaycan