E L A N
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 04 may 2018-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş
“Heydər Əliyev və Azərbaycanın milli inkişaf strategiyası”
mövzusunda doktorant və dissertantların elmi konfransı keçiriləcəkdir
Konfransın proqramına daxil ediləcək məqalə Azərbaycan və ya rus dillərindən birində yazılmalı və bir nüsxədə, surəti elektron daşıyıcıda olmaqla
25 aprel 2018-ci il tarixədək DİA-nın Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinə təqdim edilməlidir.
Konfransa təqdim olunan məqalə aşağıdakı tələblərə uyğun tərtib edilməlidir:
Mətn Microsoft Word for Windows redaktorunda Times New Roman şriftilə (hərflərin ölçüsü-14, interval-1,5) yığılır, A4 formatlı kağızda çap olunur;
Məqalənin həcmi 5 səhifədən az olmamalıdır;
Mətnin əvvəlində sağdan doktorantın (tədqiqatçının) soyadı, adı və atasının adı (tam yazılmalı), 1 interval aşağıda ali təhsil müəssisəsinin və ya elmi tədqiqat təşkilatının adı (tam yazılmalı), 1,5 interval aşağıda mərkəzdə qalın hərflərlə məqalənin adı, 1,5 interval aşağıda solda açar sözlər (hər üç dildə), sonra isə məqalə mətni çap edilir. Məqalədə istifadə edilmiş elmi ədəbiyyat aşağıdakı qaydada göstərilir:
- Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir.
- İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir.
Məqalənin sonunda onun yazıldığı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış məqalələrə rus və ingilis dillərində, rus dilində yazılmış məqalələrə isə Azərbaycan və ingilis dillərində) xülasə verilir.
Məqaləyə doktorantın və ya dissertantın elmi rəhbərinin rəyi və müvafiq elmi müəssisənin kafedrasının iclas protokolundan çıxarışı əlavə olunur.
Qəbul edilən məqalələr konfrans materialı kimi çap olunacaqdır.
Əlaqə telefonu: (012) 492-65-52
TƏŞKİLAT KOMİTƏSİ
EVENT INFO :
- Start Date:06.04.2018
- Start Time:15:00
- End Date:06.04.2018
- Location:Bakı, Azərbaycan