E L A N
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
2019-cu il üçün aşağıdakı ixtisaslar üzrə
doktorantura və dissertanturaya (fəlsəfə doktoru proqramı üzrə) qəbul elan edir
Doktorantura
Elm sahələri və ixtisaslar
|
Şifrələr |
Cəmi |
Büdcə hesabına |
|
əyani |
qiyabi |
|||
SİYASİ ELMLƏR: |
59 |
|||
Beynəlxalq münasibətlər |
5901.01 |
1 |
1 |
– |
Davamlı inkişafın idarə edilməsi |
5902.17 |
1 |
1 |
– |
Siyasi institutlar və sistemlər |
5904.01 |
2 |
1 |
1 |
Siyasi nəzəriyyə |
5908.01 |
1 |
1 |
– |
Dövlət idarəçiliyi |
5909.01 |
2 |
1 |
1 |
İQTİSAD ELMLƏRİ: |
53 |
|||
Sənayenin təşkili və dövlət siyasəti |
5309.01 |
1 |
– |
1 |
TARİX: |
55 |
|
|
|
Beynəlxalq münasibətlər tarixi |
5507.01 |
1 |
1 |
– |
HÜQUQ ELMLƏRİ: |
56 |
|||
Mülki hüquq; sahibkarlıq hüququ; ailə hüququ; beynəlxalq xüsusi hüquq |
5607.01 |
1 |
1 |
– |
Dissertantura
Elm sahələri və ixtisaslar
|
Şifrələr |
Cəmi |
Ödənişli əsaslarla |
SİYASİ ELMLƏR: |
59 |
|
|
Beynəlxalq münasibətlər |
5901.01 |
1 |
1 |
Davamlı inkişafın idarə edilməsi |
5902.17 |
1 |
1 |
Siyasi institutlar və sistemlər |
5904.01 |
2 |
2 |
Siyasi nəzəriyyə |
5908.01 |
1 |
1 |
Dövlət idarəçiliyi |
5909.01 |
2 |
2 |
Qəbul qaydaları
- 1. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş plan üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq hüququna ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan elmi və elmi-pedaqoji kadrlar malikdirlər. Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, bir qayda olaraq, azı iki il elmi və ya elmi-pedaqoji iş stajına malik olmalıdırlar.
- 2. Doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
– rektorun adına ərizə;
– kadrların şəxsi-qeydiyyat vərəqi;
– tərcümeyi-hal;
– 2 ədəd fotoşəkil (3×4 sm ölçüdə);
– iş yerindən xasiyyətnamə;
– iş stajı olanlar üçün əmək kitabçasından çıxarış (doktoranturaya istehsalatdan ayrılmaqla qəbul olunan şəxslərin əmək kitabçası doktoranturaya təqdim edilir);
– çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
– ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə);
– şəxsiyyəti təsdiq edən sənədin surəti.
Diplomun əsli, şəxsiyyət vəsiqəsi şəxsən təqdim edilir.
Referat doktoranturaya sənəd təqdim etmiş şəxsin seçdiyi ixtisasa uyğun olmalı, müvafiq elmi problemlərin ətraflı təhlilini özündə cəmləşdirməli, tədqiqatçının elmi axtarışlarının nəticələrini əks etdirməlidir.
Qəbul haqqında ərizə və sənədlər 2019-cu il dekabr ayının 28-dək aşağıda göstərilən ünvana təqdim olunmalıdır:
ÜNVAN: Bakı, Lermontov küçəsi 74, Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsi, otaq 34
TEL: (012) 492-65-52.
EVENT INFO :
- Start Date:10.12.2019
- Start Time:12:00
- End Date:10.12.2019
- Location:Bakı, Azərbaycan