Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 2015-ci il üçün aşağıdakı ixtisaslar üzrə doktorantura və dissertanturaya (fəlsəfə doktoru proqramı üzrə) qəbul elan edir:
Doktorantura
Elm sahələri və ixtisaslar
|
Şifrələr |
Cəmi |
Büdcə hesabına |
|
əyani |
qiyabi |
|||
SİYASİ ELMLƏR: |
59 |
|||
Beynəlxalq münasibətlər |
5901.01 |
2 |
1 |
1 |
Siyasi institutlar və sistemlər |
5904.01 |
2 |
1 |
1 |
Siyasi nəzəriyyə |
5908.01 |
2 |
1 |
1 |
Dövlət idarəçiliyi |
5909.01 |
2 |
1 |
1 |
İQTİSAD ELMLƏRİ: |
53 |
|
|
|
Sənayenin təşkili və dövlət siyasəti |
5309.01 |
1 |
1 |
|
Müəssisələrin təşkili və idarə olunması |
5311.01 |
1 |
1 |
|
HÜQUQ ELMLƏRİ: |
56 |
|
|
|
Konstitusiya hüququ; bələdiyyə hüququ |
5607.01 |
1 |
1 |
|
Dissertantura
Elm sahələri və ixtisaslar
|
Şifrələr |
Cəmi |
Ödənişli əsaslarla |
SİYASİ ELMLƏR: |
59 |
|
|
Beynəlxalq münasibətlər |
5901.01 |
2 |
2 |
Dövlət idarəçiliyi |
5909.01 |
2 |
2 |
İQTİSAD ELMLƏRİ: |
53 |
|
|
Daxili fiskal siyasət və dövlət maliyyəsi |
5301.01 |
1 |
1 |
Sənayenin təşkili və dövlət siyasəti |
5309.01 |
1 |
1 |
Müəssisələrin təşkili və idarə olunması |
5311.01 |
1 |
1 |
HÜQUQ ELMLƏRİ: |
56 |
|
|
Konstitusiya hüququ; bələdiyyə hüququ |
5607.01 |
1 |
1 |
Qəbul qaydaları
1. Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş plan üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, bir qayda olaraq, elmi və elmi-pedaqoji iş stajına malik olmalıdırlar.
2. Doktoranturanın tam kursunu bitirən şəxs eyni ixtisas üzrə təkrarən doktoranturaya qəbul oluna bilməz.
3. Doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
– rektorun adına ərizə;
– kadrların şəxsi-qeydiyyat vərəqi;
– tərcümeyi-hal;
– 2 ədəd fotoşəkil (3×4 sm ölçüdə);
– iş yerindən xasiyyətnamə;
– iş stajı olanlar üçün əmək kitabçasından çıxarış (doktoranturaya istehsalatdan ayrılmaqla qəbul olunan şəxslərin əmək kitabçası doktoranturaya təqdim edilir);
– çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
– ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə);
– şəxsiyyəti təsdiq edən sənədin surəti.
Diplomun əsli, şəxsiyyət vəsiqəsi şəxsən təqdim edilir.
Referat doktoranturaya sənəd təqdim etmiş şəxsin seçdiyi ixtisasa uyğun olmalı, müvafiq elmi problemlərin ətraflı təhlilini özündə cəmləşdirməli, tədqiqatçının elmi axtarışlarının nəticələrini əks etdirməlidir.
Qəbul haqqında ərizə və sənədlər 2015-ci il noyabr ayının 7-dək aşağıda göstərilən ünvana təqdim olunmalıdır:
Ünvan: Bakı, Lermontov küçəsi 74, Elmi təşkilat şöbəsi, otaq 34
Tel: (012) 492-65-52.
EVENT INFO :
- Start Date:07.10.2015
- Start Time:15:00
- End Date:07.10.2015
- Location:Bakı, Azərbaycan