Müasir İqtisadiyyatın Post Pandemiya müddətində keyfiyyət və kəmiyyət dəyişiklərinin təhlili, araşdırılması və bu barədə fikir mübadiləsinin aparılması, perspektiv imkanların öyrənilməsi məqsədi ilə 3 iyun 2021 ci il tarixində
PROQRAM
Dövlət İdarəçilik Akademiyasında “Post pandemiya dövrü iqtisadiyyatı reallıqlar və proqnozlar” mövzusunda Virtual Respublika Elmi-Praktik Konfransı keçiriləcəkdir.
Konfransda tədqiqatçılar, professor-müəllim heyəti, mütəxəssislər iştirak edə bilərlər.
Məqalələrin tərtib olunma qaydaları:
Məqalə və tezislər azərbaycan və rus dillərində – A4 formatda; Hər tərəfdən 2,5 sm; Şrift – Times New Roman 12pt; İnterval 1,5; Həcmi 3-5 səhifə olmaqla təqdim oluna bilər.
Məqalə və tezislər elektron şəkildə 25 may 2021 tarixinədək: diamanagment@yandex.ru – E-mail ünvanına göndərilməlidir.
Əlaqə telefonu: (012) 4928983