loader image

Dia.edu.az

  • 13.04.2022 - 00:00

E L A N

 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 06 may 2022-ci il tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş

Heydər Əliyevin dövlətçilik ideyaları və Vətən müharibəsində tarixi Qələbəmizi şərtləndirən əsas amillər

mövzusunda doktorant və dissertantların elmi konfransı keçiriləcəkdir

     İştirak üçün təqdim olunan materiallar 2022-ci il aprel ayının 30-dək doktorantura-dia@mail.ru elektron poçt ünvanına göndərilməlidir.

Konfransa təqdim olunan məqalə aşağıdakı tələblərə uyğun tərtib edilməlidir:

Məqalə Azərbaycan və ya rus dillərindən birində yazılmalıdır.

Mətn Times New Roman şriftilə (hərflərin ölçüsü-14, interval-1,5) yığılır.

Məqalənin həcmi 5 səhifədən az olmamalıdır.

Mətnin əvvəlində sağdan doktorantın (tədqiqatçının) soyadı, adı və atasının adı (tam yazılmalı), 1 interval aşağıda ali təhsil müəssisəsinin və ya elmi tədqiqat təşkilatının adı (tam yazılmalı), 1,5 interval aşağıda mərkəzdə qalın hərflərlə məqalənin adı, 1,5 interval aşağıda solda açar sözlər (hər üç dildə), sonra isə məqalə mətni çap edilir.

Məqalədə elmi mənbələrə istinadlar olmalıdır. İstinad olunan mənbələr ədəbiyyat siyahısında əlifba sırası ilə yazılmalı və nömrələnməlidir. Mənbənin ədəbiyyat siyahısındakı nömrəsi və səhifə nömrəsi mətndəki istinaddan sonra mötərizədə göstərilir: (8, s.92). İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir.

Məqalənin sonunda onun yazıldığı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış məqalələrə rus və ingilis dillərində, rus dilində yazılmış məqalələrə isə Azərbaycan və ingilis dillərində) xülasə verilir.

Konfransın materialları əsasında məqalələr toplusu nəşr olunacaq.

Əlaqə telefonu: (012) 492-65-52

                                             Elmi təşkilat ve beynəlxalq əlaqələr şöbəsi

EVENT INFO :

  • Start Date:13.04.2022
  • Start Time:00:00
  • End Date:31.07.2022
  • End Time:00:00