2023-cü il 22 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Idarəçilik Akademiyasının (DİA) Intellektual sistemlərin idarə olunması kafedrası tərəfindən Azərbaycan xalqının Ümummilli lideri HEYDƏR ƏLİYEVİN anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “İdarəçilikdə Rəqəmsal Texnologiyalar – Problemlər və Perspektivlər” mövzusunda Respublika Elmi konfransı keçiriləcəkdir.
İnnovativ idarəetmə modellərinin dövlət idarəçiliyində tətbiqi, idarəetmədə keyfiyyətin artırılması, şəffaflığın və informasiya təhlükəsizliyinin qorunması, göstərilən xidmətlərdə vətəndaş məmnunluğunun təmin olunması və s. kimi məsələlərdə rəqəmsal texnologiyaların tətbiqi sferalarının müəyyən edilməsi, bu sahədə əldə olunan yeni elmi nəticələrin müzakirə olunması, alınan nəticələrin tətbiqlərinin araşdırılması istiqamətində fikir mübadiləsinin aparılması, həmçinin tələbə və magistrantların elmi-tədqiqat işlərinə marağının artırılması məqsədi ilə keçiriləcək konfransda iştirak etmək istəyənlər tədqiqat işlərini 17 fevral 2023-cü il, saat 17:00-dək tezis şəklində (1-3 səhifə olmaqla) intellektual.sistemler@gmail.com elektron ünvanına göndərə bilərlər.
Konfransa dövlət idarəçilik sistemində böyük əhəmiyyəti olan informasiya təhlükəsizliyi, rəqəmsal transfornasiya, böyük həcmli verilənlər (Big Data), intellektual sistemlər, neyron şəbəkələr, bulud texnologiyaları, kriptoqrafiya, əməliyyatların tədqiqi kimi sahələrdə əldə olunmuş, əvvəl heç bir elmi jurnalda və ya elmi konfrans materiallarında çap olunmamış tədqiqat işləri qəbul olunur.
Tezislər A4 ölçüsundə, hər tərəfdən 2 sm, sətirlərarası 1,5 interval, abzas 1,25 olmaqla, 12 pt ölçülü Times New Roman şrifti ilə (Azərbaycan, Rus və ya İnglis dillərində), düsturlar isə Microsoft Word redaktorunda word (*.doc) formatında yazılmalıdır (Nümunə fayl).
Təşkilat komitəsi
EVENT INFO :
- Start Date:10.01.2023
- Start Time:00:00
- End Date:18.02.2023
- End Time:00:00