loader image

Dia.edu.az

  • 23.05.2024 - 00:00

E L A N

“İdarəetmə və iqtisadiyyatda 2030 trendləri” mövzusunda 2024-cü il 7 iyun tarixində Respublika Elmi-Praktik Konfransını keçirilməsi planlaşdırılmışdır

Ali Baş Komandan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük zəfər tarixi yazdı, ərazi bütövlüyümüz bərqərar oldu, 2023-cü il sentyabrın 20-də qazanılan Xankəndi Zəfəri dövlətimizin Milli hədəflərinə doğru böyük əzim, qətiyyət və qəhramanlıq tələb edən haqq yolunun Zəfər Zirvəsi oldu. Bu müasir Azərbaycan Respublikası qarşısında yeni dövr istiqamətlərini açmış oldu.
Bununla da, Azərbaycan dövləti yeni inkişaf dövrünə qədəm qoydu.
Azərbaycan dövləti post-münaqişə dövründə keyfiyyətcə yeni olan və 2030-a hədəflənən strateji inkişaf mərhələsinə daxil olmuşdur.
2030 trendləri olaraq “Azərbaycan- 2030 sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” burada xüsusi rol oynayır.
Təmiz ətraf mühit və “yaşıl artım ölkəsi” üzrə strateji çərçivə istiqamətində BMT-nin İqlim Dəyişlikliyi Konfransları, BMT-nin İqlim Dəyişlikliyi haqqında Çərçivə Konvensiyasının (UNFCCC) 29-cu tərəflər Konfransının (COP29) Azərbaycanda keçirilməsi Azərbaycanın Yaşıl Enerji siyasətinə qlobal dəstəyini ifadə edir.
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2023-cü il tarixli Sərəncamına, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tədbirlər planına əsasən milli prioritetlər ölkədə strateji idarəetmədə yeni platforma olmaqla, bu idarəetmədə yeni çağırışlar və trendlər olması zərurətini yaradır.
Bu səbəbdən planlaşdırılan “İdarəetmə və iqtisadiyyatda 2030 trendləri” mövzusunda Respublika Elmi-Praktik Konfransının 2024-cü il 7 iyun tarixində keçirilməsi nəzərdə tutulur.

MƏQALƏLƏR AŞAĞIDAKI BÖLMƏLƏR ÜZRƏ AİDİYYATI

E-MAİLLƏRDƏ QƏBUL EDİLİR

MƏQALƏLƏRİN TƏRTİB OLUNMA QAYDALARI:

Məqalələrin mətnin yığılması-A4-də, hər tərəfdən 2,5 sm, şrift 14pt, interval 1,5, Times New Roman olmaqla Мicrosoft Word formatında və hazırlanmalıdır.
Məqalələr 5-8 səhifədən ibarət olmaqla, azərbaycan ingilis və rus dillərində təqdim oluna bilər.

Məqalə elektron şəkildə 03.06.2024 tarixinədək qəbul edilir.

Təşkilat komitəsi

I BÖLMƏ

Davamlı inkişaf və yaşıl iqtisadiyyat
davamlı2030@gmail.com
soilnur@yahoo.com
Moderatorlar

1. B.f.d., dos. Mustafayeva Nuridə Əli qızı.“Davamlı inkişafın planlaşdırılması və
idarəedilməsi” kafedrası;
2. k-t, ü.f.d. Babayev Vüqar Amin oğlu davamlı Davamlı inkişafın planlaşdırılması və
idarəedilməsi” kafedrası.

II BÖLMƏ

İdarəetmədə və iqtisadiyyatda yeni yanaşmalar

diamanagment@yandex.yandex.ru
sadaqat.mammadova@gmail.com

Moderatorlar

1. i.ü.f.d., Sultanova Leyla Rəhim qızı “İqtisadiyyatın dövlət tənzimlənməsi” kafedrası;
2. i.ü.f.d., dos. Süleymanova Gülarə Muxtar qızı. “Dövlət idarəetməsi və menecment”
kafedrası.

III BÖlMƏ

Gələcək texnologiyalar və idarəetmə
ilahiyemusayeva@gmail.com
Moderatorlar

1. S.e.d., prof. Həbibova Ziyafət Ziya qızı. DİA-nın “Tədris” Şöbəsinin müdiri;
2. İ.ü.f.d.,dos. Abasov Elçin Arif oğlu. “Dövlət idarəçiliyində informasiya texnologiyaları”
kafedrasının müdiri

MƏQALƏNİN TƏRTİBİ ÜÇÜN NÜMUNƏ

MƏQALƏNİN ADI

KONFRANSDA İŞTİRAK ETDİYİ BÖLMƏNİN ADI

Müəllifin adı, atasının adı, soyadı
Elmi dərəcəsi, vəzifəsi
e-mail

Təmsil etdiyi müəssisənin adı

Xülasə

Xülasə adi hərflərlə, Məqalənin yazıldığı dildə, 350-400 simvol.

Açar sözlər: 3-5 söz

Məqalənin mətni ….. ……………… ……..

 

Məqalədə istinad olunan ədəbiyyat [1, s.78] kimi verilməlidir.

 

Ədəbiyyat

EVENT INFO :

  • Start Date:23.05.2024
  • Start Time:00:00
  • End Date:01.07.2025
  • End Time:00:00