E L A N
ERASMUS + HEYƏT HƏRƏKƏTLİLİK ÇAĞIRIŞI
DİA əməkdaşlarının nəzərinə!
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 2024/2025-ci akademik ili üçün Erasmus+mübadilə proqramı çərçivəsində Türkiyənin Anadolu Universitetinə sənəd qəbulu elan edir.
Kimlər müraciət edə bilər?
– DİA-nın Biznes İdarəçiliyi, İqtisadiyyat, Beynəlxalq münasibətlər, Dövlət İdarəçiliyi ixtisası üzrə əməkdaşları və ya İnzibati heyəti – (1 yer)
– B2 səviyyədə ingilis dili biliyi olanlar
Müraciət zamanı lazım olan sənədlər:
– CV (ingilis dilində)
– Səfər məqsədinin planı
Hərəkətlilik müddəti:
Proqram 1 həftəni əhatə edəcək.
Maliyyələşmə:
Bütün xərclər Avropa İttifaqının Erasmus+ təqaüdü hesabına ödəniləcəkdir.
Yuxarıda sadalanan meyarlara uyğun namizədlərin tələb olunan sənədləri International.department@dia.edu.az e-mail ünvanına göndərilməlidir. İlkin şərtləri ödəyən namizədlər müsahibəyə dəvət olunacaq.
Müraciət üçün son tarix: 07.02.2025
EVENT INFO :
- Start Date:03.02.2025
- Start Time:18:00
- End Date:31.08.2025
- End Time:00:00