E L A N
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında
27 may 2022-ci il tarixində “İdarəetmədə yeni trendlər və paradiqmalar” mövzusunda
Respublika elmi-praktik konfransı keçiriləcəkdir.
Ölkə iqtisadiyyatının davamlı və keyfiyyətli inkişafının idarə olunması müasir
texnologiyalara və innovasiyalara əsaslanan iqtisadiyyatın formalaşmasını ön plana çəkir.
Qloballaşan dünyada yeni iqtisadi çağırışlar davamlı rəqabət üstünlüyü üçün bütün
aspektlərdə (texnoloji, bazar, maliyyə və s.) innovasiya fəallığını, iqtisadi və təşkilati-
idarəetmə yeniliklərini zəruri edir.
Konfransın keçirilməsində əsas məqsəd sosial – iqtisadi sahə prioritetlərinin
reallaşması istiqamətində perspektiv imkanların öyrənilməsidir.
“İdarəetmədə yeni trendlər və paradiqmalar” mövzusunda elmi-praktik konfransın
məqsədi professor, müəllim heyəti, tədqiqatçılar, doktorantların,magistrlar, menecerlərin
yeni nailiyyətlər və tədqiqatları ilə bağlı təqdimatlarının təqdimi və təcrübə mübadiləsinin
aparılmasıdır.
Konfransda iqtisadi inkişafda yeni layihələr və innovasiyalar təqdim etmək istəyən
tədqiqatçılar, professor-müəllim heyəti, mütəxəssislər iştirak edə bilərlər.
Konfransa aşağıdakı istiqamətlər üzrə məqalələr qəbul olunur:
1. İnkluziv cəmiyyəytin formalaşması davamlı inkişaf məqsədi kimi
2. Dövlət idarəçiliyində yeni texnologiyalar
3. Müasir sahibkarlıq fəaliyyətində yeni yanaşmalar
4. Rəqəmsal idarəetmə
Məqalələrin tərtib olunma qaydaları:
Mətnin yığılması-A4-də, hər tərəfdən 2,5 sm, şrift 14pt, interval 1,5, Times New
Roman. Məqalələr Мicrosoft Word formatında və seçdiyi bölmə üzrə hazırlanmalıdır.
Məqalələr 5-8 səhifədən ibarət olmaqla, azərbaycan və rus dilində təqdim olunmalıdır.
Konfrans haqqında məlumat Dövlət İdarəçilik Akademiyasının saytında yerləşdiriləcək.
( http://www.dia.edu.az )
Məqalə elektron şəkildə 11.05.2022 tarixindən 25.05.2022 tarixinədək
diamanagment@yandex.ru elektron ünvanına göndərilməlidir.
Əlaqə telefonu: (012) 4978331
Ünvan: Bakı, Lermontov 74
E-mail: diamanagment@yandex.ru
Məqalənin tərtibi üçün nümunə
MƏQALƏNİN ADI
Müəllifin adı, atasının adı, soyadı
Elmi dərəcəsi, vəzifəsi
Təmsil etdiyi müəssisənin adı
e-mail
Xülasə
Xülasə adi hərflərlə, Məqalənin yazıldığı dildə, 350-400 simvol.
Açar sözlər: 3-5 söz
Məqalənin mətni ….. ……………… ……..
Məqalədə istinad olunan ədəbiyyat [1, s.78] kimi verilməlidir.
Ədəbiyyat
Təşkilat Komitəsi
EVENT INFO :
- Start Date:02.11.2024
- End Date:02.11.2024