loader image

Dia.edu.az

  • 15.07.2022 - 12:00

MAGİSTRATURAYA SƏNƏD QƏBULU

2022-2023-cü tədris ili

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının magistratura səviyyəsinə qəbul olunan tələbələr iyul ayının 15-
25-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün bakalavrlar
onlayn qaydada portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər. Daha
sonar lazım olan məlumatları daxil edib, aşağıdakı sənədlərin sürətini əlavə
etməlidirlər.
1) Bakalavr diplomu sürəti (cari ilin məzunları diplomu əvəz edən arayış)
2) Şəxsiyyət vəsiqəsinin sürəti
Ödənişli əsaslarla qəbul olan tələbələr, lazımi məlumatları və sənədləri daxil
edib müraciəti göndərdikdən sonra portal vasitəsilə ali təhsil müəssisəsi tərəfindən
həmin tələbəyə ödəniş etməli olduğu bildiriləcək. Bundan sonra tələbə
aşağıdakılardan biri vasitəsilə ödəniş edə bilər:
1) Tələbə şəxsi kabineti ilə ödəniş edə bilər.
2) Tələbə “gpp.az” saytında FİN və ya invoys vasitəsilə ödəniş edə bilər.
Bunun üçün gpp.az saytına daxil olmaq, bütün xidmətlərdən TƏHSİL
seçmək, sonra ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ xidmətinə sıxmaq lazımdır.
Açılan səhifədə müvafiq məlumatlar daxil edilməlidir. Daha sonra ödəniş
icra edilə bilər.
3) Tələbələrə ödəniş edilməlidir statusu təyin edildikdən sonra tələbələr banka
yaxınlaşaraq Hökumət ödəniş portalı (HÖP) üzərindən ödəniş etmək
istədiyini bildirir, FİN və ya ATİS-də formalaşan invoysu təqdim edərək
ödəniş edə bilər.
Qeyd edək ki, tələbənin bu müddətdə qeydiyyatdan keçməməsi onun
yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir və
onun qəbul əmri təhsil müəssisəsinə göndərilmir.

Diqqət: portal.edu.az saytından qeydiyyatdan keçən tələbələr tədris ili
başladıqdan sonra aşağıdakı sənədləri Akademiyaya təqdim etməlidirlər:
1. Bakalavr diplomu və diploma əlavənin sürəti;
2. Şəxsiyyət vəsiqəsinin sürəti 2 nüsxə

3. 3×4ə 4 ədəd şəkil,
4. Tibbi arayış (şəkilli);
5. Tərcümeyi-hal (Aydın və səliqəli yazılmalı, əlyazma şəklində olmalı, özü barədə
ətraflı məlumat verib, ailə üzvlərini bir-bir sadalamaqla təvəllüd, doğulduğu yer,
hal-hazırda işlədikləri yer və tutduqları vəzifələri göstərilməli);
7. Həmçinin,  Akademiyaya ödənişli əsaslarla qəbul olmuş, lakin güzəştli
kateqoriyaya daxil olduğu üçün ödənişdən azad olan tələbələr müvafiq sənədin
notarial təsdiq olunmuş sürətini (Dövlətin ərazi bütövlüyü və müstəqilliyi
uğrunda şəhid olanların övladları (20 yanvar və Qarabağ müharibəsi şəhidləri) –
şəhid ailəsi olması haqqında vəsiqələrin notarial təsdiq edilmiş sürəti); Qarabağ
müharibəsi əlili (I və II qrup) olan şəxslərin övladları – əlil ailəsi olması haqqında
vəsiqələrin notarial təsdiq edilmiş sürəti); Məcburi köçkünlərin övladları –
tələbənin və valideynlərinin məcburi köçkün olması haqqında vəsiqələrinin
notarial təsdiq edilmiş sürəti); Valideyn himayəsindən məhrum olan şəxslər
(habelə bir valideynini itirmiş, digər valideyni I və II qrup əlil olan şəxslər) –
valideynlərdən hər hansı birini itirməsi və digərinin əlilliyi olması haqqında
vəsiqələrin notarial təsdiq edilmiş sürəti); Əlillik dərəcəsi (I və II qrup) olan
gənclər – əlillik dərəcəsinin olması haqqında vəsiqənin notarial təsdiq edilmiş
sürəti) təqdim etməlidirlər.

EVENT INFO :

  • Start Date:15.07.2022
  • Start Time:12:00
  • End Date:25.07.2022
  • End Time:00:00