E L A N
2018/2019-cu tədris ilində
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASINA
MAGİSTRATURAYA QEYİDYYAT ÜÇÜN TƏQDİM OLUNMALI
SƏNƏDLƏRİN SİYAHISI
1. Elektron ərizəyə daxil olmaq üçün iş nömrəsi və şəxsi kabinetinin istifadəçi adı
2. Şəxsiyyət vəsiqəsinin əsli və surəti (4 nüsxə)
3. Bakalavr diplomunun əsli, diploma əlavə və diplomun 1 ədəd surəti (2018-ci ilin məzunları üçün diplomu əvəz edən arayış)
4. Sağlamlıq haqqında arayış (şəkilli)
5. Dörd ədəd rəngli fotoşəkil (3×4)
6. Tərcümeyi-hal (Aydın və səliqəli yazılmalı. Özü barədə ətraflı məlumat verib, ailə üzvlərini bir-bir sadalamaqla təvəllüd, doğulduğu şəhər, hal-hazırda işlədikləri yer və tutduqları vəzifələri göstərməli)
7. Bir ədəd ipli qovluq
8. Əlavə sənədlər (şəhid ailəsi, məcburi köçkünlük və qaçqınlıq haqqında sənədlər, hərbi xidmətə çağırış vərəqinin surəti, hərbi xidmətdə olma haqqında arayış)
9. Yuxarıda sadalanan bütün sənədlərin elektron surətləri (elektron daşıyıcıda gətirə və yaxud aşağıda göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz)
Sənədlərin qəbulu iyun ayının 28-dən iyul ayının 11-dək (şənbə və bazar günləri istisna olmaqla)
24 nömrəli otaqda aparılacaqdır.
İş vaxtı: bazar ertəsi – cümə günləri, 1000 – 1700 (1300 – 1400 fasilə)
e-mail: qeydiyyat@dia.edu.az
EVENT INFO :
- Start Date:27.06.2018
- Start Time:16:00
- End Date:27.06.2018
- Location:Bakı, Azərbaycan