MAGİSTRATURAYA SƏNƏD QƏBULU
2024-2025-ci tədris ili
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistratura səviyyəsinə qəbul olmuş şəxslər 2024-cü il 9-18 iyul tarixlərində elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. Daha sonra lazım olan məlumatları daxil edib, aşağıdakı sənədlərin surətini əlavə etməlidirlər:
1) Bakalavr diplomunun və əlavəsinin surəti (cari ilin məzunları diplomu əvəz edən arayışı yükləyib portala daxil edə bilərlər);
2) Şəxsiyyət vəsiqəsinin surəti.
Ödənişli əsaslarla qəbul olan tələbələr, lazımi məlumatları və sənədləri daxil edib müraciəti göndərdikdən sonra portal vasitəsilə ali təhsil müəssisəsi tərəfindən həmin tələbəyə ödəniş etməli olduğu bildiriləcək. Bundan sonra tələbə aşağıdakılardan biri vasitəsilə ödəniş edə bilər:
1) Tələbə şəxsi kabineti ilə ödəniş edə bilər.
2) Tələbə “gpp.az” saytında FİN və ya invoys vasitəsilə ödəniş edə bilər. Bunun üçün gpp.az saytına daxil olmaq, bütün xidmətlərdən TƏHSİL seçmək, sonra ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ xidmətinə sıxmaq lazımdır. Açılan səhifədə müvafiq məlumatlar daxil edilməlidir. Daha sonra ödəniş icra edilə bilər.
3) Tələbələrə ödəniş edilməlidir statusu təyin edildikdən sonra tələbələr banka yaxınlaşaraq Hökumət ödəniş portalı (HÖP) üzərindən ödəniş etmək istədiyini bildirir, FİN və ya ATİS-də formalaşan invoysu təqdim edərək ödəniş edə bilər.
Qeyd edək ki, tələbənin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir və onun qəbul əmri təhsil müəssisəsinə göndərilmir.
Diqqət: portal.edu.az saytından qeydiyyatdan keçən tələbələr tədris ili başladıqdan sonra aşağıdakı sənədləri Akademiyaya təqdim etməlidirlər:
- Bakalavr diplomu və diploma əlavənin surəti;
- Şəxsiyyət vəsiqəsinin surəti 2 nüsxə
- 3×4 4 ədəd şəkil,
- Tibbi arayış (şəkilli);
- Tərcümeyi-hal (Aydın və səliqəli yazılmalı, əlyazma şəklində olmalı, özü barədə ətraflı məlumat verib, ailə üzvlərini bir-bir sadalamaqla təvəllüd, doğulduğu yer, hal-hazırda işlədikləri yer və tutduqları vəzifələri göstərilməli);
- Həmçinin, Akademiyaya ödənişli əsaslarla qəbul olmuş, lakin güzəştli
kateqoriyaya daxil olduğu üçün ödənişdən azad olan tələbələr müvafiq sənədin notarial təsdiq olunmuş surətini (Dövlətin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların övladları (20 yanvar və Qarabağ müharibəsi şəhidləri) –şəhid ailəsi olması haqqında vəsiqələrin notarial təsdiq edilmiş surəti); Qarabağ müharibəsi əlili (I və II qrup) olan şəxslərin övladları – əlil ailəsi olması haqqında vəsiqələrin notarial təsdiq edilmiş surəti); Məcburi köçkünlərin övladları –tələbənin və valideynlərinin məcburi köçkün olması haqqında vəsiqələrinin notarial təsdiq edilmiş surəti); Valideyn himayəsindən məhrum olan şəxslər (habelə bir valideynini itirmiş, digər valideyni I və II qrup əlil olan şəxslər) – valideynlərdən hər hansı birini itirməsi və digərinin əlilliyi olması haqqında vəsiqələrin notarial təsdiq edilmiş surəti); Əlillik dərəcəsi (I və II qrup) olan gənclər – əlillik dərəcəsinin olması haqqında vəsiqənin notarial təsdiq edilmiş surəti) təqdim etməlidirlər.
EVENT INFO :
- Start Date:09.10.2024
- End Date:09.10.2024